Milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsi xalqın yaddaşında əbədi yaşayacaq

Milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsi xalqın yaddaşında əbədi yaşayacaq
18:48 20 Yanvar 2015
277 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, Samirə Allahverdiyeva, AzərTAc
20 Yanvar hadisələrinin 25-ci ildönümündə şəhidlərimizin məzarlarını ziyarət etməyə axışan insanlar arasında Elm və Texnika Sənədləri Arxivinin direktoru, əməkdar mədəniyyət işçisi Şahsuvar Həşimov da var idi.
O, AzərTAc-a müsahibəsində deyib ki, bu gün xalqımızın qürur günüdür. Tariximizin şərəfli səhifəsinə çevrilmiş 20 Yanvar hadisəsinin dəhşətlərindən danışmaq çox çətindir. Həmin gecə müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan Vətən övladlarımız ölkəmizə təcavüz edən imperiyanın hərb maşınının, təpədən-dırnağadək silahlanmış amansız ordu hissələrinin qarşısına əliyalın çıxıb, öz qanları ilə qəhrəmanlıq salnaməmizə imza atıblar.
20 Yanvar faciəsi zamanı sovet qoşunlarının törətdikləri vəhşilikləri heç zaman unutmayacağıq. Milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsi xalqın yaddaşında əbədi yaşayacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_azadliq_yolunda_sehid_olan_qehremanlarin_xatiresi_xalqin_yaddasinda_ebedi_yasayacaq-826169

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR