Xalqımız qəhrəman vətən övladlarını heç zaman unutmayacaq

Xalqımız qəhrəman vətən övladlarını heç zaman unutmayacaq
18:53 20 Yanvar 2015
115 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, Pərvanə İmanova, AzərTAc
25 ildir xalqımız igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir.
Bu sözləri yanvarın 20-də qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarətə gələn ANAMA-nın baş mütəxəssisi Vaqif Sadıqov söyləyib.
V.Sadıqov bildirib ki, sovet imperiyasının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklər, qətllər, Azərbaycan xalqının başına gətirilən müsibətlər ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Həmin faciəli günlərdə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən üstün tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.
Qeyd edilib ki, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xalqimiz_qehreman_veten_ovladlarini_hech_zaman_unutmayacaq-826171

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR