Lerikdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi silsilə tədbirlərlə anılıb

Lerikdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi silsilə tədbirlərlə anılıb
18:58 20 Yanvar 2015
150 Ölkə
Ölkə mətbuatı
A- A+


Lerik, 20 yanvar, AzərTAc
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Lerik rayonunda silsilə tədbirlər keçirilib.
AzərTAc xəbər verir ki, faciə ilə bağlı rayonun idarə, müəssisə və təşkilatlarında, ərazi icra nümayəndəliklərində anma mərasimləri, konfranslar, “dəyirmi masa”lar, ədəbi-bədii gecələr, müxtəlif müsabiqələr və idman yarışları təşkil edilib.
Yanvarın 18-də rayonun tədris müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilib, rayon tarix-diyarşünaslıq muzeyində faciənin dəhşətlərini əks etdirən fotostend hazırlanıb və bu qanlı hadisələrə həsr olunmuş qəzet, jurnal və kitabların sərgisi təşkil edilib.
Yanvarın 20-də Ümumxalq Hüzn Günü ilə əlaqədar rayonun rəhbər işçiləri, ictimaiyyətinin, ağsaqqalların, ziyalıların nümayəndələri, şəhər əhalisi “Şəhidlər” abidə kompleksinin önünə əklillər və gül dəstələri düzərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər.
Anım mərasimi rayon mədəniyyət evində davam etdirilib.
Mərasimdə çıxış edənlər 25 il əvvəl sovet ordusunun Bakı şəhərində törətdiyi qanlı cinayətləri yada salaraq 20 Yanvar faciəsinə hüquqi və siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndiriblər.
Tədbir iştirakçıları mədəniyyət evinin foyesində 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Rayonun bədii özfəaliyyət kollektivlərinin ifasında qanlı Yanvar hadisələri ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lerikde_20_Yanvar_faciesi_qurbanlarinin_xatiresi_silsile_tedbirlerle_anilib-826175

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR