Yəməndə silahlılar prezident iqamətgahını ələ keçirdi

Yəməndə silahlılar prezident iqamətgahını ələ keçirdi
19:05 20 Yanvar 2015
81 Dünya
Ölkə mətbuatı
A- A+

Yəmənin paytaxtı Sənada yerləşən prezident iqamətgahı “Ansar Alla” adlandırılan hərəkatın yaraqlıları tərəfindən ələ keçirilib.

APA-nın məlumatına görə, bu barədə “Al-Arabiya” telekanalı öz mənbələrinə istinadən xəbər verir.
 
Qeyd edək ki, yanvarın 18-də “Al-Husi” adlandırılan hərəkatın üzvləri hakimiyyətin yürütdüyü siyasətə etiraz əlaməti olaraq Prezident Administrasiyasının rəhbərini oğurlayıb.
 
Yanvarın 19-da yaraqlılarla prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları arasında baş verən qarşıdurma nəticəsində 9 nəfər ölüb, 60 nəfərdən çoxu isə yaralanıb.
 
Silahlı qarşıdurmanın qarşısını almaq cəhdləri heç bir nəticə vermir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320072.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR