Bakı-Quba yolunda qəza: 4 yaralı

Bakı-Quba yolunda qəza: 4 yaralı
19:13 20 Yanvar 2015
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend Regional TV-yə istinadən xəbər verir ki, hadisə magistralın 93-cü km-də qeydə alınıb. Quba rayonu, Ağbil kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədov Azad Gülağa oğlunun idarə etdiyi "99 AE 240" dövlət nömrə nişanlı “Daewoo” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü və 3 nəfər xəsarət alıb. Onlar Xaçmaz rayonu, Həsənqala kənd sakini, 1955-ci il təvəllüdlü Rəsulova Məhəbbət Əmrulla qızı, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Musayeva Mehbarə Şükür qızı və Qubanın Söhübqışlaq kənd sakini, 1957-ci il təvəllüdlü Ərzumanov Fərhad İbrahim oğludur.

Xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2355292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR