20 Yanvar milli birliyin, əzmin, mübarizənin rəmzidir

20 Yanvar milli birliyin, əzmin, mübarizənin rəmzidir
19:23 20 Yanvar 2015
97 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, Pərvanə İmanova, AzərTAc
20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatını qurban vermiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır.
Bu sözləri AzərTAc-a müsahibəsində 20 Yanvar qurbanlarını ziyarət etmək üçün Şəhidlər xiyabanına gələn Bakının Nizami rayonundakı 70 nömrəli məktəb-liseyin direktoru Nazim Qasımov deyib.
N.Qasımov bildirib ki, 20 Yanvar qanlı faciə olsa da, bizim üçün həm də milli birliyin, əzmin, əqidənin, mübarizənin, qorxmazlığın rəmzidir. Bu faciə xalqı ayağa qaldırdı, bugünkü müstəqilliyə aparan yolun başlanğıcı oldu.
Qeyd edilib ki, qanlı hadisənin ertəsi günü xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləyib, qətliamın başvermə səbəblərini açıqlayıb, təşkilatçıların, günahkarların adlarını cəsarətlə dünyaya bəyan edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_milli_birliyin_ezmin_mubarizenin_remzidir-826187

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR