Azərbaycan futbolundan növbəti uğur: 6 pillə irəlilədik

Azərbaycan futbolundan növbəti uğur: 6 pillə irəlilədik
19:31 20 Yanvar 2015
189 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası milli çempionatların reytinq siyahısını açıqlayıb.

ANS PRESS-in məlumatına görə, Azərbaycan çempionatı 37-ci sırada qərarlaşıb. Topaz Premyer Liqasının hesabında 421 reytinq xalı var. Çempionatımız 6 pillə irəliləyib. Belə ki, Topaz Premyer Liqası ötən siyahıda 43-cü olmuşdu.

Azərbaycan birinciliyi Polşa, Moldova, Serbiya, Estoniya, Danimarka və bir sıra başqa ölkələrin çempionatlarını qabaqlayıb.

İlk sırada İspaniya La Liqası qərarlaşıb - 1259 xal. İtaliya A Seriyası ikinci (998), İngiltərə Premyer Liqası üçüncüdü (958). Rusiya Premyer Liqası 12-ci (653.5), Türkiyə Super Liqası 27-ci (519) olub. Rusiya birinciliyi 4, Türkiyə çempionatı 14 pillə geriləyib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=320802

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR