"Qəbələ" 5-ci divizion klubunu uda bilmədi - FOTOLAR

"Qəbələ" 5-ci divizion klubunu uda bilmədi -   FOTOLAR
19:52 20 Yanvar 2015
154 İdman
Ölkə mətbuatı
A- A+

 “Qəbələ”nin əvəzedici komandası Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışında ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, ilk sınağında Qazaxıstanın “Tobol” klubunun əvəzediciləri ilə üz-üzə gələn (0:2) Luis Araqonun komandası bu dəfə Almaniya 5-ci divizionunda mübarizə aparan "Freyberq"lə qarşılaşıb. 


Matç 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. "Qəbələ" oyuna qara sarğı ilə çıxıb.


Qarşılaşmada daha üstün olan "Qəbələ" ikinci hissənin əvvəlində - 50-ci dəqiqədə Ehtiram Şahverdiyevin qolu iıə hesabi açsa da, qələbəni qoruya bilməyib. Rəqib 70-ci dəqiqədə status-kvonu bərpa edib. Bu matçda vurulan son qol olub və oyun 1:1 hesabı ilə başa çatıb.


Fanat.az














Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-5-ci-divizion-klubunu-uda-bilmdi-t17640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR