“Tarixdə soyqırımları: faktlar, reallıqlar, uydurmalar” mövzusunda I Beynəlxalq simpozium

20:08 20 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
Aprelin 2-3-də Bakıda “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə “Tarixdə soyqırımları: faktlar, reallıqlar, uydurmalar” mövzusunda I Beynəlxalq simpozium keçiriləcək.
İctimai Birlikdən AzərTAc-a bildirblər ki, tədbirin keçirilməsinin məqsədi dünyada soyqırımları haqqında yazan, araşdırma və müzakirələr aparan tarixçi və tədqiqatçıları bir araya gətirməkdir. Məlumdur ki, tarixdə bu mövzuda bir çox iddialar vardır. Bu iddiaların araşdırılması metodologiyası, aparılan analizlər və nəticələr barədə elmi ictimaiyyətin rəyi öyrəniləcək, nəşrlərə daxil ediləcək. Tədbirdə yeni araşdırma və arxiv materiallarının dövriyyəyə gətirilməsi gözlənilir. Gələcəkdə yeni tədqiqatları izləmək məqsədilə simpoziumun silsilə şəklində həyata keçirilməsi nəzərdə tutulur.
Simpoziumda “Soyqırımı nədir? Problemə hüquqi baxış”, “Soyqırımı tarixini araşdırma metodologiyası”, “ XX əsrdən öncə soyqırımları”, “Birinci Dünya müharibəsi ərəfəsində soyqırımı aktları”, “İkinci Dünya müharibəsi ərəfəsində soyqırımı aktları”, “Siyasi rejimlər və onların həyata keçirdiyi soyqırımları”, “Azərbaycan tarixində soyqırımları” mövzuları müzakirə ediləcək.
Maraqlananlar martın 10-dək müraciət edə bilərlər.
Ətraflı məlumatı miraspresscenter@gmail.com elektron ünvanından və ya www.miras.az internet səhifəsindən əldə etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tarixde_soyqirimlari_faktlar_realliqlar_uydurmalar_movzusunda_I_Beynelxalq_simpozium-826204

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR