Qubada şəhidlərimiz anıldı (VİDEO)

Qubada şəhidlərimiz anıldı (VİDEO)
20:16 20 Yanvar 2015
124 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Qubada 20 yanvar hadisələrində şəhid olanların xatirəsi anılıb. Anım mərasimində nümayiş olunan kinorejissor Vahid Mustafayevin “Qanlı Yanvar” filmi Quba sankiləri tərəfindən də böyük maraqla qarşılandı.

ANS TV-nin şimal bürosunun məlumatına görə, 20 yanvar faciəsinin 25-ci ildönümü Qubada xüsusi təntənə ilə qeyd olunub. Əvvəlcə Quba şəhərindəki Şəhidlər xiyabanı ziyarət olundu, daha sonra rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ayrı-ayrı idarə və təşkilatların nümayəndələri, ziyalılar, şəhid ailələri və Qarabağ əliləri Şəhidlər xiyabanını ziyarət edərək, şəhidlərimizin ruhuna dualar oxuyublar. Eyni zamanda şəhidlərin məzarlarına əklil qoydular. Qubada iki nəfər məlum 20 yanvar hadisələri zamanı şəhid olub, üç nəfər isə ağır yaralanıb.

Kinorejissor Vahid Mustafayev “Qanlı Yanvar” filmi Qubadakı Heydər Əliyev Mərkəzində nümayiş olunub. Filmə baxan tamaşaçılar filmi həyacansız baxmağın mümkün olmadığını deyiblər.

Mənbə
ANS-TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=320825

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR