İŞİD-ə böyük zərbə: 238 ölü

İŞİD-ə böyük zərbə: 238 ölü
20:31 20 Yanvar 2015
137 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşması İraqın paytaxtı Bağdad şəhəri ətrafında yüzlərlə itki verib.

ANS PRESS-in məlumatına görə, İraq ordusunun Bağdad Komandalığının generalı Abdulemir əl-Şammari terror qruplaşmasına böyük zərbə vurduqlarını bildirib. Onun sözlərinə görə, son bir həftədə həyata keçirilən əməliyyatlarda 238 İŞİD yaraqlısı məhv edilib: "Paytaxt Bağdadın Nibai, Kessarat və əl-Halvise bölgələrində İŞİD-ə qarşı geniş miqyaslı hücumlar təşkil etdik. 12 yanvardan bu günə kimi İŞİD-ə qarşı xeyli sayda hücumlar təşkil etmişik. Bu hücumlarda qruplaşmaya böyük zərbələr vurulub".

General açıqlamada qeyd edib ki, əməliyyatda İŞİD-in partlayıcı maddə istehsal edən bir emalatxanası başda olmaqla xeyli sayda silah, sursat və 18 hərbi texnika və 20 düşərgə sıradan çıxarılıb. Bölgədə olan 49 evin də patlayıcılardan təmizləndiyini bildirən İraq genaralı yerli əhalinin İŞİD-ə qarşı döyüşlərdə onlara çox kömək etdiyini deyib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320828

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR