Bakıda baş verənlər dünyanı elə dəyişdi ki... (VİDEO)

Bakıda baş verənlər dünyanı elə dəyişdi ki... (VİDEO)
20:41 20 Yanvar 2015
200 Ölkə
Ölkə mətbuatı
A- A+

Görkəmli Amerika politoloqu, Sovet millətləri üzrə ABŞ dövlət katibinin sabiq müşaviri Pol Qobl 20 yanvar hadisələrini Azərbaycan xalqının tarixində ən mühüm olaylardan biri kimi dəyərləndirir. Onun sözlərinə görə, həmin məşum gecə Azərbaycan xalqı üçün travmatik olsa da, Azərbaycan türklərinin öz milli kimliklərini dərk etməsində böyük rol oynadı.

“Həmin qırğından sonra Azərbaycan xalqı artıq müstəqilliyin zəruriliyini dərk etməyə başladı,”, - deyə Pol Qobl 20 yanvarın əhəmiyyətini şərh edir.

Üç il öncə Amerkanın Səsinə verdiyi müsahibədə Qobl 20 yanvar haqda şəxsi təəssüratlarını paylaşır və bu olayın Qərb icması tərəfindən necə qəbul edilməsini nəql edir. Onun sözlərinə görə informasiya müxtəlif Qərb infomrasiya vasitələri ilə yavaş-yavaş sızmağa başladı. Ümumən Qərbdə Sovet millətləri haqda geniş təsəvvür yox idi və bu sahədə ixtisaslaşana ekspertlərin sayı cüzi idi.

Bakıda baş verənlər dünyanı elə dəyişdi ki, artıq geriyə yol qalmamışdı... Bu olaydan sonra heç bir azərbaycanlı öz millətinin Moskva tərəfindən idarə olunmasına razı ola bilməzdi.

Pol Qoblun sözlərinə görə Sovet hökuməti bu olayı ört-basdır etməyə çalışsa da Azərbaycan xalqının ümumi reaksiyasından bəlli oldu ki, Bakı şəhərində cinayət törədilib, günahsız insanlar qırılıb.

20 yanvardan uzun müddət keçib və bu gün bir çox azərbaycanlı gənclər həmin vaxt dünyaya gəlməmişdilər. “Amma onlar dərk etməlidirlər ki, bu hadisə Azərbaycan millətinin yenidən dünyaya gəlməsi idi”, - deyə Qobl bildirir.

Mənbə
Amerkanın Səsi



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=320831

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR