Riqada Qara Yanvarın 25-ci ildönümü qeyd olunub

Riqada Qara Yanvarın 25-ci ildönümü qeyd olunub
21:08 20 Yanvar 2015
130 Ölkə
Ölkə mətbuatı
A- A+


Riqa, 20 yanvar, Nigar Cəfərli, AzərTAc
Yanvarın 20-də Riqada Bakıdakı faciəli yanvar hadisələrinin 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Elə həmin gün Latviyada 1991-ci ilin barrikada müdafiəçilərinin xatirəsi də yad edilir. Azərbaycan səfirliyinin əməkdaşları, diasporun nümayəndələri, Latviyanın ali məktəblərində təhsil alan azərbaycanlı gənclər Latviya xalqı ilə həmrəylik nümayiş etdirərək, barrikada müdafiəçilərinin xatirəsini yad edib, Azadlıq abidəsi önünə çiçəklər düzüblər.
Anma mərasimində Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov tədbir iştirakçılarını 1990-cı ildə Bakıda, 1991-ci ildə Riqada törədilmiş faciəli yanvar hadisələrində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıb. Səfir deyib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə mərkəzi hakimiyyət Azərbaycana və onun xalqına qarşı cinayət törədib. Bakı faciəsinin kökləri Ermənistan tərəfindən Azərbaycana qarşı iki ildən artıq davam etmiş təcavüzlə bağlıdır.
E.Zeynalov diqqətə çatdırıb ki, Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olan 20 Yanvar hadisələrinin 25 illiyi ərəfəsində Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin və AzərTAc-ın birgə layihəsi olan “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu işıq üzü görüb.
Səfir qeyd edib ki, kitab-albom indiki və gələcək nəsillər üçün yaddaş kitabıdır və yaxın vaxtlarda Latviya hökumətinin nümayəndələrinə təqdim ediləcək.
Qara Yanvarın 25-ci ildönümü ilə əlaqədar tədbirlər çərçivəsində Azərbaycanın Latviyadakı səfirliyi tərəfindən 20 Yanvar faciəsi haqqında press-reliz və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın bəyanatı paylanılıb.
Nigar Cəfərli
AzərTAc-ın xüsusi müxbiri
Riqa


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Riqada_Qara_Yanvarin_25_ci_ildonumu_qeyd_olunub-826213

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR