Yəmən: Qiyamçılar prezidentə hücum ediblər

Yəmən: Qiyamçılar prezidentə hücum ediblər
21:38 20 Yanvar 2015
132 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc 
Yəmən prezidenti Əbd Rəbbu Mənsur Hadi qiyamçıların hücumuna məruz qalıb. Yanvarın 20-də müvafiq bəyanatla ölkənin informasiya naziri çıxış edib.
AzərTAc xarici KİV-ə istinadla xəbər verir ki, bir qədər prezident sarayı hücumla alınıb. Nazir bildirib ki, söhbət dövlət çevrilişinə cəhddən gedir.
TASS informasiya agentliyinin yaydığı məlumata görə, prezident sarayında atışma davam edir. Müdafiə naziri Mahmud əs-Subayhin avtomobili də atəşə tutulub. O sağdır, amma ola bilsin ki, yaralanıb. Bundan əvvəl isə qiyamçılar hökumət başçısına hücum edib, həmçinin xüsusi xidmət orqanlarının və bir sıra dövlət KİV-lərinin yerləşdiyi binaları ələ keçiriblər.
Ölkənin paytaxtı Sənada gərginlik artıq ikinci gündür davam edir. Güc strukturları ilə şiə üsyançılar arasında yanvarın 19-da baş verən silahlı qarşıdurmalarda azı 9 nəfərin öldürüldüyü, 67 nəfərin isə zərər çəkdiyi barədə məlumat yayılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yemen_Qiyamchilar_prezidente_hucum_edibler-826215

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR