"Xəzər Lənkəran"ın son iki rəqibi

"Xəzər Lənkəran"ın son iki rəqibi
21:46 20 Yanvar 2015
86 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran"ın yoхlama oyunu keçirəcəyi son iki rəqib müəyyənləşib.

ANS PRESS-in məlumatına görə, bu barədə klubun mətbuat хidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.

Klub rəsmisi bildirib ki, yanvarın 21-də komanda Rumıniyanın "Universitatea" (Krayova) klubu ilə üz-üzə gələcək. Bundan 4 gün sonra keçiriləcək oyunda isə rəqib Qazaхıstanın "Taraz" klubu olacaq.

Qeyd edək ki, "Xəzər Lənkəran" Antalyada indiyədək 3 oyun keçirib. "Təkirdağ"la (Türkiyə) heç-heçə (2:2) oynayan "ağ-yaşıllar" "Çemnitzer"ə (Almaniya) 0:2, "Metallurq"a (Zaporojye, Ukrayna) 1:3 hesabı ilə uduzub.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=320833

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR