Quş yuvası, yoxsa? (VİDEO)

Quş yuvası, yoxsa? (VİDEO)
17:31 25 Dekabr 2014
95 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda ağacda qeyri-adi quş yuvası aşakarlanıb.

ANS PRESS-in məlumatına görə, yuvanı maraqlı edən isə onun uşaq başmaqları formasında olmasıdır.

Yundan və pambıqdan hazırlanan yuva son dərəcə dəqiqliklə hazırlandığından, onu heç də hissələrə parçalamaq mükün deyil.

Ağacda aşkarlanan yuva görənlərin heyrətinə səbəb olub. Yuvanı aşkar edən Əfqan Məlikov deyir ki, yaz mövsümündə bülbülün onun içində bala çıxarması və onları necə bəsləməsini də diqqətlə müşahidə edib.

Sən demə yuvanın uşaq başmağı formasında olması heç də təsadüfi deyilmiş. Hər dəfə balaları üçün yem dalınca gedən arıquşu yuvanın boğaz nahiyyəsini dimdiyilə bağlayırmış ki, digər quşlar körpə balalara zərər yetirməsin.

Beləliklə bu il həmin bülbül bu yuvada bir neçə bala çıxarıb. Mütəxəssislərin fikrincə, bir çox quşların müdafiə xarakterli yuvaların hazırlaması onlara xas olan instiktiv əlamət hesab olunur.

Bu zaman yun və pambıq materialının seçilməsi isə qapalı mühitdə yaşayan quş balalarının normal nəfəs almasını təmin edir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=316277

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR