Avropanın qeyri-müəyyən gələcəyi (VİDEO)

Avropanın qeyri-müəyyən gələcəyi (VİDEO)
22:46 20 Yanvar 2015
98 Digər
Ölkə mətbuatı
A- A+

65 yaşı olan Avropa İttifaqı sülh və əmin-amanlıq prinsipləri üzərində qurulub.

Heç kim güman etməzdi ki, Yunanıstan və İspaniyadakı işsizlik səviyyəsi 25 faizə çatacaq. Yaxud ifrat sağ və sol görüşlü siyasi partiyalar bu prosesdə əsas fiqurlara çevriləcək. Hazırda Avropa üçün yeni norma iqtisadi durğunluq və siyasi qarışıqlıqdır.

Bəzi ekspertlər deyir ki, 2008-ci ildə başlayan qlobal iqtisadi böhran hələ də Avropanı bürüyüb.

Adriano Bosoni: "İqtisadi böhran olaraq başlayıb, işsizliyə çevrilən və hökumət tərəfindən qitə boyu tətbiq olunan ölçülər seçicilər və ənənəvi elita arasında boşluq meydana gətirdi. Bu proses həm Brüssel tərəfindən təqdim olunan qənaət təklifləri və həm də bir çox ölkələrdə bu təklifləri dəstəkləyən siyasi partiyaları tənqid edən Avro-skeptik, millətçi cərəyanların meydana çıxmasına izahat gətirir."

Firavanlıq Avropanı bir yerdə saxlayan amil idi. Bunsuz Avropa bölünür, deyə Bosoni bildirir. O, deyir ki, əsas problem islahat və toqqa bərkitmə tədbirlərinə qarşı investisiyanın istifadəsi üzərində müzakirələrdir.

Adriano Bosoni: "Bəzi ölkələr böhranın həllini daha çox pul xərcləməkdə, böyüməyə təkan vermək üçün iqtisadi sistemdə pulu artırmaqda görürlər. Bu, Fransa və İtalyanın mövqeyidir. Bəziləri isə buna yox deyib, böhranı iqtisadiyyatda islahatlar apardıqdan sonra xərcləri artırmaqla həll olunacağını deyirlər. Bu isə Almaniyanın mövqeyidir."

Fakt odur ki, Avropanın iqtisadiyyatı Almaniyasayağı olub, deyə Vaşinqtonda yerləşən İqtisadi Strategiya İnstitutunun rəhbəri Klayd Prestovitz bildirir.

Klayd Prestovitz: "Bütün Avropa ixracatdan əldə olunan artım yolunu seçib. Çünki borc səviyyəsi o qədər böyükdür ki, Almaniya artan borcu maliyyələşdirmək istəmir."

Borc və qənaət tədbirləri Avropanın cənubunda, mühacirət isə şimalda əsas problemə çevrilib, deyə Bosoni bildirir.

Adriano Bosoni: "Onlar Suriya və Afrika ölkələrindən qaçqın qismində gələn mühacirlərə qarşı çıxırlar - eləcə də sabiq şərqi Avropa dövlətləri Polşa, Ruminya və Bolqariyadan gələn mühacirlərə. Biz bu situasiyaya İsveç, Britaniya və Hollandiyada da şahid oluruq."

Avropanın dayaqlarını habelə Şotlandiya və İspaniyada baş qaldırmış separatçı hərəkatlar silkələyib. Prestovitz deyir ki, baş nazir Deyvid Kameron tərəfindən iki il sonraya təklif edilən Briyaniyanın Avropa Birliyi üzvlüyünə referendumu problemləri daha da qabarda bilər.

Klayd Prestovitz: "Birləşmiş Krallıqda keçiriləcək referendum Avropa İttifaqının ziyanına işləyə və ittifaqdan ayrılmaya səbəb isə cənab Kameron göstərilə bilər. O, Birləşmiş Krallıqda aparıcı siyasi partiyanın rəhbəridir."

Bu il Yunanıstan, Britaniya, İspaniya, Polşa, Danimarka, Finlandiya, Portuqaliya və Estoniyada seçkilər keçiriləcək. Təhlilçilərin çoxu bu ölkələrdə seçki nəticələrinin gələcəkdə Avropa İttifaqının təməllərini sarsıdacağında həmfikirdirlər.

Mənbə
Amerkanın Səsi



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=320841

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR