"Neftçi" Cavid İmamverdiyevə uduzdu

"Neftçi" Cavid İmamverdiyevə uduzdu
23:56 20 Yanvar 2015
168 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün üçüncü yoхlama oyununu keçirib.

ANS PRESS-in məlumatına görə, baş məşqçi Arif Əsədov yetirmələrini Türkiyə klubu ilə oyunda sınayıb.

Əslində "Neftçi" bu gün Çinin "Quyzhou Rehne" klubu ilə qarşılaşmalı idi. Lakin Türkiyənin "Elazığspor" klubundan təklif alan "ağ-qaralar" asiyalılarla oyundan imtina edib. Oyunun taleyini bir qol həll edib. "Elazğıspor" "Neftçi"ni 1:0 hesabı ilə yenib.

Qeyd edək ki, "Elazığspor" klubu 1967-ci ildə yaradılıb. Ümit Özatın başçılıq etdiyi komanda PTT 1-ci liqasında qış fasiləsinə 7-ci pillədə yollanıb. "Neftçi"nin yetirməsi Cavid İmamverdiyev hazırda bu klubda çıxış edir.

"Neftçi" bundan əvvəl Antalyada Səudiyyə Ərəbistanının "Hajer" klubunu udub (3:1), Türkiyənin "Kayseri Erciyəsspor" komandası ilə "sülh" bağlayıb (0:0). "Ağ-qaralar" yanvarın 21-də "Volın" (Ukrayna), 23-də isə "Dinamo" (Moskva, Rusiya, U-23) və "Petrolul"la (Rumıniya) qarşılaşacaq.

Antalya
Yoхlama oyunu
20 yanvar

Neftçi (Azərbaycan) - Elazığspor (Türkiyə) 0:1
Qol: Franko Dario Kangele, 44.
Neftçi: Saşa Stamenkoviç, Karlos Kardozo, Rahil Məmmədov, Məqsəd İsayev, Emin Mehtiyev, Kaue, Ernest Nfor, Elşən Abdullayev, Samir Məsimov, Julius Vobay, Ruslan Qurbanov.
Hakimlər: Ramil Əhmədov, Rəvan Həmzəzadə, Vüqar Bayramov.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=320807

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR