Azərbaycanın səfirilik və Baş Konsulluqlarında 20 Yanvar faciəsi anılıb

00:07 21 Yanvar 2015
104 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 00:04 ]


Bakı-APA. Bu gün Azərbaycanın bütün səfirilik və Baş Konsulluqlarında, həmçinin müxtəlif ölkələrdəki diaspor təşkilatlarında 20 Yanvar faciəsinin 25 illiyi ilə bağlı anım tədbirləri keçirilib.

 

Səfirlik və Baş Konsulluqlardan APA-ya daxil olan məlumatlarda 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi, həmin tarix və hadisələr haqqında danışıldığı bildirilib.

 

Azərbaycanın Ukraynadakı səfirliyinin təşkil etdiyi mərasimdə səfir Eynulla Mədətli çıxış edərək, Azərbaycandakı şəhid ailələrinin öz kədərləri və problemləri ilə tək qalmadıqlarını, prezident İlham Əliyevin 20 Yanvar şəhidlərinin ailələrinin sosial müdafiəsinə də Qarabağ müharibəsi, Əfqanıstan döyüşçüləri, Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olanların ailələrinə olduğu kimi böyük diqqət ayırdığını qeyd edib.

 

Səfir həmçinin fevralın 24-də Kiyev Filarmoniyasında Xocalı faciəsinin qurbanlarına həsr ediln rekviyem-tədbir keçiriləcəyini deyib.

 

Azərbaycanın Niderlanddakı səfirliyində isə “20 yanvar – tarixin qanlı səhifəsi” adlı fotosərgi təşkil olunub. Anım mərasimində çııxş edən səfir Mirhəmzə Əfəndiyev 20 yanvar faciəsindən bəhs edərək, həmin tarixin həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, həmrəyliyi günü olduğunu bildiriub.

 

Rumıniyada isə Qanlı Yanvar faciəsi Rumın-Amerikan Universitetində anılıb. Tədbirdə çııxş edən Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov 1990-cı il 20 yanvar tarixində Sovet İKP rəhbərliyinin, Sovet silahlı qüvvələrinin, kommunist rejiminin Azərbaycan xalqına qarşı törətdiyi aksiya barədə ətraflı məlumat verib.

 

Rumıniyanın ATƏT-dəki səfiri Paraskiva Badesku, Dimitre Kantemir Universitetinin professoru Konstantin Hlihor, Geopolitika jurnalının baş redaktoru Vasile Simileanu, Rumın-Amerikan Universitetinin rektoru Ovidiou Folkutz da Azərbaycana qarşı törədilmiş bu tarixi faciənin SSRİ-nin dağılmasını sürətləndirdiyini, Sovet İttifaqının tərkib hissəsi olan digər xalqların da azadlıq mübarizəsinə qalxmalarına təkan verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

 

Latviyada səfirliyinin təşkil etdiyi mərasimdə isə səfir Elman Zeynalov Bakıdakı 90-ci il hadisələri ilə yanaşı 1991-ci ildə Riqada törədilmiş faciəli yanvar hadisələrində həlak olanların xatirəsini də bir dəqiqəlik sükutla yad etməyə çağırıb.


Azərbaycanın Küveytdəki səfirliyindəki tədbirdə isə müvəqqəti işlər vəkili Cavid Musayev 20 Yanvar faciəsinin tarixi barədə məlumat verib. Həmçinin səfirliyin foyesində 20 Yanvar faciəsi ilə bağlı fotosərgi təşkil olunub, faciə haqqında film və kitablar nümayiş etdirilib,

 

Azərbaycanın Türkmənistandakı səfirliyindəki mərasimdə isə səfir Vəhdət Sultanzadə çıxış edərək, 1990-cı il yanvarın 20-də keçmiş sovet ordusu tərəfindən zirehli texnika və müasir silahlar vasitəsilə Azərbaycanda azadlıq uğrunda küçələrə çıxmış insanlara və dinc sakinlərə qarşı törədilmiş cinayət haqqında məlumat verib.

 

Gürcüstandakı Azərbaycan səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsi ilə bağlı keçirilmiş tədbirdə səfir Azər Hüseyn çıxış edərək, 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik tarixindəki mühüm rol oynadığını qeyd edib.

 

Səfir Qanlı Yanvar hadisələrinə 4 ildən sonra siyasi qiymət verildiyini bildirib: "Hələ bir çox cinayət faktlarının üstü açılmayıb. Bu qanlı terror aktına hüquqi-siyasi qiymətin verilməsində ümummilli liderimiz Heydər Əliyevin böyük tarixi xidmətləri olub”.

 

Tədbirdə Gürcüstan parlamentinin deputatları, akademik Demuri Başaneişvili, parlamentin kənd təsərrüfatı komitəsinin sədri Qiqla Aqulaşvili, azərbaycanlı deputat Mahir Dərziyev, Qanlı Yanvar faciəsinin canlı şahidlərindən olan Zurab Kutateladze, tarixçi alim Quram Marxuliya, Gürcüstan mədəniyyət və abidələrin mühafizəsi nazirinin müşaviri Georgi Gegeçkori, Gürcüstanın Xalq Artisti Anzor Şomaxiya və başqaları çıxış ediblər.

 

Azərbaycanın İrandakı səfirliyində keçirilmiş tədbirdə səfir Cavanşir Axundov deyib ki, 1990-cı ilin 20 Yanvar faciəsi SSRİ-nin əsl simasını ortaya qoyub: “Həmin vaxt Azərbaycan xalqı sadəcə olaraq torpaqlarının ermənilər tərəfindən işğalına və insanların öz doğma el-obasından didərgin salınmasına etiraz etmək üçün küçə və meydanlara toplaşmışdı. Mərkəzi hökumətin bu işğala biganə qalması xalq kütlələrini qəzəbinə səbəb olmuşdu”.

Tədbirdə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Bağban Kondori, keçmiş səfir Əli Əşrəf Möctəhed Şəbüstəri, Tehran Universitetinin professoru Bəhrəm Əmir Əhmədyan, Avrasiya və İran Araşdırmalar Mərkəzinin əməkdaşı Əhməd Vəxişti, Höcətülislam Həmidi, Qafqaz Müsəlmanları İdarəsinin İran nümayəndəliyinin rəhbəri Şamil Ələsgərov və digərləri çıxış ediblər.

 

Azərbaycanın Fransadakı səfirliyi isə anma mərasimini Azərbaycan Demokratik Cümhuriyyətinin ilk parlament sədri Əlimərdan bəy Topçubaşovun Paris yaxınlığındakı Sən-Klu qəbiristanlığındakı məzarı önündə keçirib.

Səfir Elçin Əmirbəyov 20 Yanvar hadisələrinin müasir Azərbaycan tarixində ən faciəli, eyni zamanda qəhrəmanlıq səhifələrindən biri olduğunu diqqətə çatdırıb.


İsraildə isə Qüds bələdiyyəsinin “İcma evi”ndə Bakıda 1990-cı il Qara Yanvar hadisələrinə həsr edilmiş tədbir keçirilib. Tədbir Heydər Əliyev Fondunun dəstəyi ilə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən təşkil olunub.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369728

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR