Bu ölkənin qadınlarının 1/3-ü qarımış qızlardır

Bu ölkənin qadınlarının 1/3-ü qarımış qızlardır
00:12 21 Yanvar 2015
413 Maraqlı
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanında yaşı 30-u keçən, ərdə olmayan qadınların sayı 1,5 milyon nəfəri keçib. Bu, krallıqdakı qadınların 1/3 hissəsidir.
 
Milli.Az The Gulf News-a istinadən bildirir ki, rəsmi statistika belə deyir. Real rəqəmlərin isə 2 milyondan artıq olduğu vurğulanır.
 
Səudiyyə Ərəbistanında qızların evdə qarımalarının səbəbi kişilərin cehiz almaq, toy etmək üçün yetərincə vəsaitə malik olmamalıdır. Bu səbəbdən də səudi ərəb kişilər xarici ölkə vətəndaşları olan qadınlarla evlənməyə üstünlük verirlər.
 
Ərə gedə bilməyən səudi xanımlar hakimiyyət dairələrindən problemin həllini tələb ediblər.
 
Səudiyyə Ərəbistanını rəhbərliyi ölkədəki kişilərə əcnəbi qadınlarla, xüsusilə də yetkinlik yaşına çatmamış əcnəbi qızlarla evlənməyi qadağan etməyi nəzərdə tutan qanun qəbul etməyə hazırlaşır.
 
2010-cu ildə Küveytdə yerli kişilərlə əcnəbi qadınlar arasında nikahlar məhdudlaşdırılıb. Bəhreyndə isə yerli kişi əcnəbi qadınla ailə qurmaq fikrinə düşərsə, 3 yerli qadınla da evlənməlidir.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/50219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR