Ukrayna Rusiyanı Türkiyənin yumurtasına möhtac qoydu

Ukrayna Rusiyanı Türkiyənin yumurtasına möhtac qoydu
00:24 21 Yanvar 2015
107 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna öz ərazisi üzərindən Türkiyədən Rusiyaya yumurta tranzitinə qadağa qoyub. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Kənd Təsərrüfatına Dövlət Nəzarəti Xidmətinin (Rosselxoznadzor) məlumatında bildirilir.  

 

“Ukrayna Dövlət Baytarlıq və Fitosanitar Xidmətindən bizə verilən məlumata görə, Ukrayna  ərazisi üzərindən Türkiyədən Rusiyaya yumurtanın tranzitinə icazə verilmir”, deyə qurumun məlumatında bildirilir.

 

Rosselxoznadzor qeyd olunan  məhsulun Rusiyaya tədarükü zamanı digər marşrutlardan istifadə etməyi  tövsiyə edir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190911

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR