"Kəpəz"in futbolçuları oynamaqdan imtina edir

"Kəpəz"in futbolçuları oynamaqdan imtina edir
00:42 21 Yanvar 2015
157 İdman
Ölkə mətbuatı
A- A+

I divizionunun ilk dövrəsini arzuladığı yerdə başa vura bilməyən “Kəpəz”in düşərgəsində hələ ki, sakitlik hökm sürür. Fanat.az "Kəpəz TV"yə istinadən xəbər verir ki, aşağı liqanın bəzi komandalarının təlim-toplanışına başladığı dövrdə gəncəlilər gözləmə mövqeyi tutub.

 

Bununla belə, “Kəpəz” yanvarın 25-nə kimi mövsümün ikinci dövrəsi üçün məşqlərə start verməyi planlaşdırıb. Komanda toplanışa Gəncədə başlayacaq. Fiziki hazırlığı doğma şəhərdə keçirəcək sarı-göylər imkan olacağı təqdirdə Nizami yurdundan kənarda da təlim-məşq toplanışı təşkil etmək niyyətindədi.

 

Qeyri-rəsmi məlumata görə, klubun ciddi maliyyə böhranı var. Bəzi oyunçular isə ümumiyyətlə meydana çıxmaqdan imtina edir. Qış fasiləsində komandanı artıq üç futbolçu tərk edib. Gedənlər hücumçu Həsən Allahyarov, yarımmüdafiəçi Kamran İsmayılov və “çərçivə”dəki problemləri həll etmək üçün böyük ümidlərlə transfer olunan Davud Kərimidi. 

 

Baş məşqçi Vidadi Rzayev boşluqları aradan qaldırmaq üçün yeni futbolçulara ehtiyac duyur. Bunun üçün klub rəhbərliyi transfer çalışmalarına başlayıb. Lakin maliyyə böhranı səbəbindən bu il “Kəpəz”in ciddi nəticələr əldə edəcəyi inandırıcı görünmür.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkpzquotin-futbolcular-oynamaqdan-imtina-edir-t17647.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR