Bolnisidə 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgi açılıb

Bolnisidə 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgi açılıb
01:18 21 Yanvar 2015
136 Ölkə
Ölkə mətbuatı
A- A+


Tbilisi, 21 yanvar, AzərTAc
20 Yanvar faciəsi şəhidlərinin xatirəsi Gürcüstanın azərbaycanlıların sıx yaşadıqları Bolnisi rayonunda da yad edilib.
“Bolnisi Mədəniyyət Mərkəzi”nin təşkilatçılığı ilə Bolnisi Rayon İcra Hakimiyyətinin iclas salonunda 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgi açılıb.
Azərbaycan və Gürcüstan ictimaiyyətinin nümayəndələri faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Mərkəzinin sədri Fikrət Məmmədov, “Ümid” qəzetinin redaktoru Əlixan Yəhyaoğlu, icra hakimiyyəti başçısının müavini Longinoz Həsənov, deputat Leyla Əliyeva və başqaları çıxış edərək 25 il ərzində ilk dəfə keçirilən tədbirin əhəmiyyətindən danışıb, 20 Yanvar faciəsinin Azərbaycanın müstəqillik tarixindəki rolundan bəhs ediblər. Bu cür tədbirlərin məktəblərdə də keçirilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, 20 yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Gürcüstanın Qardabani rayonundakı Gənclər mərkəzində konfrans keçirilib.
Xətayi Əzizov
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bolniside_20_Yanvar_faciesine_hesr_olunmus_fotosergi_achilib-826234

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR