Azərbaycan və Braziliya arasında turizm sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

01:57 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 01:48 ]


Bakı-APA. 2015-ci ilin 16 yanvar tarixində Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov ilə Braziliyanın Turizm naziri Vinisius Lajes ilə görüşüb.

 

Səfirlikdən APA-ya verilən xəbərə görə, səfir E.Sultanov Azərbaycanda turizmin inkişafı sahəsində həyata keçirilən dövlət siyasəti, əldə edilmiş nailiyyətlər və ölkəmizdə keçirilən beynəlxalq turizm tədbirləri barədə nazirə ətraflı məlumat verib. O, turizm sahəsində Azərbaycan ilə Braziliya arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edərək, bu sahədə əlaqələrin təşviq edilməsinin əhəmiyyətini bildirib.

 

Öz növbəsində, nazir V.Lajes turizm sahəsində Braziliyada görülən işlər barədə məlumat verərək, ölkəsinin Azərbaycan ilə əməkdaşlığa önəm verdiyini və iki ölkə arasında bu sahədə, xüsusi ilə təcrübə mübadiləsinin həyata keçirilməsində əməkdaşlıq imkanlarının olduğunu bildirib.

 

Görüş zamanı, turizm sahəsində ikitərəfli əməkdaşlığın gələcək perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

 

Sonda səfir E.Sultanov nazir V.Lajesə Azərbaycanın turistik imkanlarını əks etdirən Azərbaycan və portuqal dillərində materiallar təqdim edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369732

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR