Vakant yerlərə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu 1-15 iyul tarixlərində aparılacaq

Vakant yerlərə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu 1-15 iyul tarixlərində aparılacaq
10:26 16 İyun 2015
Ölkə mətbuatı
A- A+

Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə elektron ərizəsi qəbul olunmuş namizədlər 16 iyun 2015-ci il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında (ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 135 – metronun “Gənclik” stansiyasının, Azərbaycan Müəllimlər İnstitutunun yaxınlığında) test imtahanında iştirak etməlidirlər. İmtahanda iştirak edərək yerdəyişmə hüququ qazanmış müəllimlər üçün 17 iyun 2015-ci il tarixdə eyni ünvanda müsahibələr təşkil ediləcək.
 
Təhsil Nazirliyindən bildirilib ki, yerdəyişmə üzrə müsabiqə yekunlaşdıqdan sonra yenidən müəyyənləşdirilmiş vakant yerlərə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu 1-15 iyul 2015-ci il tarixlərində aparılacaq.
 
 
Qeyd edək ki, ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə elektron ərizə qəbulu 10 iyun 2015-ci il tarixdə saat 23:59-da başa çatıb. 10 gün davam etmiş elektron ərizə qəbulu dövründə müraciət edən 3283 nəfər vətəndaşdan 1308 nəfərin (40%) ərizəsi qəbul olunub.
 
 
 
 
Həqiqət İSABALAYEVA


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-37320-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR