Nəsrin Cavadzadə: “Gecələr küçəyə çıxmıram”

Nəsrin Cavadzadə: “Gecələr küçəyə çıxmıram”
02:31 21 Yanvar 2015
249 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyədə yaşayıb sənət fəaliyyətini davam etdirən azərbaycanlı aktrisa yeni müsahibə verib.

ANS PRESS-in məlumatına görə, 2014-cü ilin oktyabr ayında Türkiyənin Antalya şəhərində keçirilən 51-ci Beynəlxalq “Qızıl Portağal” film festivalında mükafatlandırma mərasimi zamanı “Ən yaxşı aktrisa” adını alan Nəsrin Cavadzadə “Akşam” qəzetində bir sıra sualları cavablandırıb.

Aktrisa film sektorunda çox qazanc əldə etdiyini bildirib: “Qazandığım pullarla özümə gözəl güzgülər aldım və özümə çoxlu baxdım. Özümdən zəhləm getdi, özümdən xoşum gəldi. Sonra ikisinin də eyni şey olduğunu başa düşdüm və qalan pullarımı sevdiklərimlə xərclədim”.

Nəsrin film çəkilişləri zamanı rejissordan, çəkiliş heyətindən müəyyən tələbləri olduğunu gizlətməyib. O, mütləq çiyələk, dondurma və internetə çıxışı olan bir şəraitdə çəkilişlərə razılıq verir. Yəni çiyələk varsa, həmin yerdə varam.

O, həmçinin gecələr küçəyə çıxmağı sevmədiyini, üzləri ayıdınlıqda görməyin daha xoş olduğunu bildirib.

Qeyd edək ki, aktrisa Azərbaycanda urologiya elminin əsasını qoyanlardan olan Mirməmməd Cavadzadənin oğul nəvəsidir. O, 1982-ci ildə Bakıda doğulub. 11 yaşında ixtisasca həkim olan anası Fəridə xanımla İstanbula köçüb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=320865

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR