Obama hesabat verdi

Obama hesabat verdi
04:01 21 Yanvar 2015
137 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama ölkədə vəziyyətə dair illik hesabat məruzəsini bu il ilk dəfə respublikaçıların nəzarəti ələ aldığı Konqres qarşısında edir.

ANS PRESS-in məlumatına görə, Obama Amerikanın lideri kimi hakimiyyətdə yeddinci ilinə başlayır.

Bugünkü hesabat məruzəsindən sonra o bir də gələn il sonuncu məruzəsini edəcək. İctimai rəy sorğuları ABŞ iqtisadiyyatı tənəzzüldən dirçələrək, durmadan inkişaf etməyə davam etdiyi bir vaxt prezidentinin populyarlığının da yenidən artmağa başladığını göstərir. Seçiciləin böyük hissəsi onun Kuba ilə münasibətlərin normallaşdırılması çağırışı və qeyri-qanuni mühacirlərin ölkədə qalıb işləyə bilməsinə imkan verən planına dəstək bildirib.

Lakin hakimiyyəti dövrü ilk dəfədir ki, prezident Obama respublikaçıların noyabr ayında ara seçkilərdə qəti qələbəsindən sonra həm Nümayəndələr Palatası, həm də Senata nəzarəti ələ aldığı Konqreslə işləməli olacaq. Respublikaçıların əksəriyyəti prezident Obamanın Kuba və mühacirətlə bağlı siyasətini və onun səhiyyə islahatları planını dəyişməyə çalışışr.

Obama son bir neçə gün ərzində nə təklif edirsə respublikaçılar onları kəskin tənqid edir. Müxalif qanunvericilər yüksək vergilərin dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsi olan ABŞ-ın iqtisadi durumunun yaxşılaşmasına mane olacağını bildirir.

Konqresin Obamanın vergi planını təsdiq edəcəyi gözlənilmir, lakin bu təklifi verməklə o, gələn il prezident seçki ilinə qədəm qoyacaq ABŞ-da siyasi debatların mövzusunu müəyyənləşdirir.

Hər il prezidentin kim olmasından asılı olmayaraq ABŞ liderinin Konqresin hər iki palatası qarşısında ölkədə vəziyyətə dair hesabat məruzəsini izləyən amerikalıların sayı azalır. Bu il məruzənin təxminən 30 milyon amerikalı tərəfindən izləniləcəyi gözlənilir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=320870

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR