Vyetnamda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib

Vyetnamda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib
04:23 21 Yanvar 2015
167 Ölkə
Ölkə mətbuatı
A- A+


Hanoy, 21 yanvar, AzərTAc
Azərbaycanın Vyetnamdakı səfirliyində bu ölkənin bir sıra dövlət qurumları, universitetləri, gənclər təşkilatları və KİV nümayəndələrinin iştirakı ilə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Səfir Anar İmanov azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan xalqına qarşı Sovet qoşunları tərəfindən vəhşicəsinə törədilmiş qanlı hadisələrdən söhbət açıb. O, erməni separatçılarını dəstəkləyən Sovet İttifaqı rəhbərliyinin Azərbaycanı qorxutmağa yönəlmiş cinayətkar hərəkətlərinin xalqımızı müstəqilliyə gedən yolundan döndərə bilmədiyini, əksinə azadlığa olan istəyin daha da artırdığını vurğulayıb.
Bildirilib ki, Azərbaycan tarixində yeni bir qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisələri zamanı şəhid olmuş qəhrəmanların xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Məhz həmin cəsur övladların göstərdiyi qəhrəmanlıq sayəsində bir müddət sonra ölkəmiz öz müstəqilliyinə qovuşub.
A.İmanov ümummilli lider Heydər Əliyevin 1990-cı ilin yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində Sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini xüsusi vurğulayıb və həmin hadisələrə məhz ulu öndərimizin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini bildirib.
Mərasim iştirakçıları qanlı Yanvar şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad edib və faciəni əks etdirən fotosərgi ilə tanış olublar.
Bundan başqa, səfir A.İmanovun 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan “Azərbaycan qanlı faciəni yad edir” başlıqlı məqaləsi Vyetnamın nüfuzlu “Vietnam News” qəzetində dərc olunub. Məqalədə qeyd olunur ki, Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimiz qanları ilə xalqımızın şanlı tarixini yazıblar. 20 Yanvar hər il Azərbaycanda ümumxalq hüzn günü kimi qeyd edilir və milyonlarla azərbaycanlı şəhidlərin xatirəsinə ehtiramlarını ifadə etmək üçün Şəhidlər Xiyabanını ziyarət edirlər.
Şahin Cəfərov
AzərTAc-ın xüsusi müxbiri
Hanoy

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vyetnamda_20_Yanvar_faciesinin_ildonumu_ile_bagli_anim_tedbiri_kechirilib-826241

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR