5 yaşlı uşaq tapança ilə 9 aylıq qardaşını güllələdi

5 yaşlı uşaq tapança ilə 9 aylıq qardaşını güllələdi
04:24 21 Yanvar 2015
123 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Missuri ştatında 5 yaşlı uşaq təsadüfən tapança ilə 9 aylıq qardaşını güllələyib.

 

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, faciə bazar ertəsi Kanzas Siti şəhərində baş verib.

 

Yerli mətbuatın məlumatına görə, mənzildə tapança aşkarlayan uşaq silahı kiçik qardaşına tuşlayıb və təsadüfən atəş açıb.  Körpə aldığı ağır yaradan hadisə yerində ölüb. Polis baş vermiş insidentin bədbəxt hadisə olduğunu bildirib. Hadisə ilə əlaqədar araşdırma aparılır.

 

Xatırladaq ki, dekabrın sonlarında ABŞ-ın Aydaho ştatında fəaliyyət göstərən Walmart super marketində 2 yaşlı oğlan uşağı təsadüfən anasına atəş açaraq qətlə yetirib.

 

29 yaşlı qadın aldığı ağır güllə yarasından hadisə yerində keçinib. 

 

Məlumata görə, qadın 4 övladı ilə birlikdə dükanda alış-veriş edərkən, 2 yaşlı oğlu onun əl çantasından xəlvətcə tapançanı çıxarıb və təsadüfən anasına atəş açıb.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190919

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR