Batili: Qəhrəman deyiləm (VİDEO)

Batili: Qəhrəman deyiləm (VİDEO)
04:26 21 Yanvar 2015
205 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada silahlı hücuma məruz qalan yəhudi marketində 15 müştərini xilas edən malili müsəlman Lassana Batiliyə Fransa vətəndaşlığı verildi.

ANS PRESS-in məlumatına görə, Daxili İşlər Nazirliyində keçirilən tədbirdə baş nazir Manuel Valls və daxili işlər naziri Bernar Kaznev iştirakı ilə Batiliyə Fransa pasportu təqdim olunub.

Tədbirdə çıxış edən Fransanın DİN rəhbəri Kaznev Batilinin İslam qəhrəmanı olduğunu deyib:

“O, sülh tərəfdarı və xoşməramlı İslamın qəhrəmanıdır”.

Batili isə təvazökar hərəkət edərək qəhrəman olmadığını deyib:

“Fransa məni qəhrəman elədi. Amma məncə qəhrəman deyiləm. Mən Lassanayam və özüm kimi qalacağam”.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320873

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR