6 nəfərdən 11 000 kq narkotik götürüldü

6 nəfərdən 11 000 kq  narkotik götürüldü
05:49 21 Yanvar 2015
116 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstan polisi ölkənin şərqindəki Paktiya əyalətində 6 narkotik alverçisi saxlayıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə  görə, saxlanılan şəxslərdən 11 ton narkotik maddə götürülüb.

 

Polis rəisinin sözlərinə görə, narkotik maddələr  əvvəlcədən planlaşdırılmış xüsusi əməliyyat zamanı götürülüb. Aşkarlanan narkotik maddələrdən 1,85 tonu tiryək, qalanı isə həşişdir.   

 

Son 2 il ərzində Paktiya əyalətində 80-dək narkotik alverçidi və 100 ton müxtəlif narkotik maddə götürülüb.   

 

Əfqanıstanın narkotiklərlə mübarizə üzrə keçmiş nazir general Hodadəd bildirib ki, ABŞ və NATO ölkədə narkotik istehsalı ilə mübarizəyə 7,8 mlrd dollardır. Onun sözlərinə görə, son bir neçə ərzində narkotik maddələrin istehsalı nəinki azalıb, əksinə, xeyli artıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190922

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR