Ölkənin ən seksual siyasətçi qadını (FOTO)

Ölkənin ən seksual siyasətçi qadını (FOTO)
05:56 21 Yanvar 2015
493 Digər
Ölkə mətbuatı
A- A+

Danimarkadakı bələdiyyə seçkisində ölkənin ən seksual siyasətçisi seçilən qadın yenə öz cabədarlığı ilə hamının dilinə düşüb.

ANS PRESS-in məlumatına görə, Danimarka Mühafizəkar Partiyasının 110-cu ildönümü münasibətilə keçirilən əyləncə gecəsində 20 yaşlı seksual siyasətçi Nikita Klaestrup geyindiyi sinə dekolteli əlbisə ilə göz qamaşdırıb.

Danimarka Mühafizəkar Partiyasının Gənclik təşkilatı üzvü Nikita bələdiyyə seçkisi ərəfəsində Quldborqsund şəhərində namizədliyini irəli sürmüş və həmin vaxt verdiyi seksual pozlarla diqqət çəkərək ölkəsində ən seksual siyasətçi seçilmişdi.

“Mən o əlbisəni geyinərkən bütün danimarkaya yayılaraq söz-söhbətə çevriləcəyini düşünməmişdim. Çünki mətbuatın, cəmiyyətin diqqətini üstümə çəkmək istəmirəm. Özümü rahat hiss etdiyim şəkildə geyinirəm və siyasətçi olmağım buna mane ola bilməz” – deyə cazibədar siyasətçi bildirib.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=320875

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR