Bakı, 21 yanvar, AzərTAc
Niderlandın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” ənənəvi şahmat turnirində 9-cu turun oyunları başa çatıb.
AzərTAc xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov norveçli dünya çempionu Maqnus Karlsenlə görüşüb. Oyun 1-0 dünya çempionun xeyrinə başa çatıb. 9-cu turun nəticələrinə əsasən, şahmatçımız 4,5 xalla 8-ci yerdə qərarlaşıb. Maqnus Karlsen isə turnirdə 7 xalla liderliyi saxlayır. İkinci pillədə amerikalı şahmatçı So Uesli, 3-cü yerdə isə fransız Vaşye-Laqravadır.
Teymur Rəcəbov yanvarın 21-i keçiriləcək 10-cu turda Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşacaq.