Londonda 20 Yanvar faciəsinin qurbanları anılıb

Londonda 20 Yanvar faciəsinin qurbanları anılıb
07:58 21 Yanvar 2015
101 Ölkə
Ölkə mətbuatı
A- A+


London, 21 yanvar, AzərTAc
Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və “Buta” İncəsənət Mərkəzinin birgə təşkilatçılığı ilə Londonda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirdə Britaniyanın ictimai-siyasi xadimləri, Azərbaycan diasporunun nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.
“Buta” İncəsənət Mərkəzinin direktoru Nəsib Piriyev 20 Yanvar faciəsinin tarixi haqqında məlumat verib, bu faciəni xalqımızın azadlıq mübarizəsinin bir nümunəsi kimi qiymətləndirib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə 20 Yanvar faciəsinin kədərli olduğu qədər tariximizin şanlı səhifəsi olduğunu qeyd edib. “Çünki həmin gün Azərbaycan xalqını azadlıq əzmini göstərdi. Həmin gün ölkəmizin müstəqilliyinin bərpası üçün böyük təkan oldu. Keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı idi. Lakin SSRİ-nin məqsədinin nə olduğundan asılı olmayaraq hadisələr tam olaraq əksinə cərəyan etdi. Azərbaycan öz müstəqilliyinin bərpası yolunda əzmlə irəlilədi”, - deyə diplomat bildirib.
Səfir vurğulayıb ki, 20 Yanvar faciəsi həmin dövrdə “Human Right Watch” hüquq müdafiəsi təşkilatı, ABŞ-ın bir sıra nüfuzlu mətbuat qurumları və s. daxil olmaqla dünya ictimaiyyətinin də diqqət mərkəzində olub. Bu hadisəni törədənlərin layiqli cəzalarını tapacaqlarına əminlik ifadə olunub.
Daha sonra tədbir iştirakçıları məşhur rejissor Andrey Konçalovskinin müəllifi olduğu Qanlı Yanvar hadisələrini siyasi və ictimai nöqteyi-nəzərdən ətraflı təhlil edən sənədli filmə baxıblar.
Filmdən sonra A.Konçalovski strateji məsələlər üzrə mütəxəssis Susanna Simons ilə birlikdə filmin və 20 Yanvar faciəsinin müzakirəsini aparıblar. Müzakirədən sonra iştirakçıların sualları cavablandırılıb.
Orxan İsmayılov
AzərTAc-ın xüsusi müxbiri
London




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Londonda_20_Yanvar_faciesinin_qurbanlari_anilib-826251

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR