Prezident İlham Əliyev Şinzo Abeni yenidən Yaponiya baş naziri seçilməsi münasibəti ilə təbrik edib

17:57 25 Dekabr 2014
46 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 17:52 ]

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Şinzo Abeni yenidən Yaponiyanın baş naziri vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

 

“Hörmətli cənab baş nazir, Yaponiyanın baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan-Yaponiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367267

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR