“iOS 8” platforması “Apple” qurğularının 70 faizinə quraşdırılıb

“iOS 8” platforması “Apple” qurğularının 70 faizinə quraşdırılıb
09:56 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Tərtibatçılar üçün yeni statistikaya əsasən, 20 yanvar tarixinə “iOS 8” əməliyyat sistemi “Apple”ın mobil qurğularının 70 faizinə quraşdırılıb. “Alma” şirkəti sonuncu dəfə 2 həftə bundan əvvəl “iOS” platformasının müxtəlif versiyalarının yayılma statistikasını dərc edib.
 
Bu müddət ərzində "iOS 8" platformasının bazar payı 1 faiz artıb.
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “iOS 8” mobil əməliyyat sisteminin yayılma tempi “iOS 6” və “iOS 7”-dən geri qalmağa davam edir. “iOS 8” platformasının yayılma tempinin zəif olması qurğuda boş disk sahəsinin həcminə yüksək tələbat, birinci versiyada səhvlərin olması ilə izah edilir.
 
 
Emil Hüseynov
 

 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34856-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR