Ən seksual siyasətçinin dekoltesi qalmaqal yaratdı (FOTO)

10:06 21 Yanvar 2015
107 Digər
Ölkə mətbuatı
A- A+

Danimarkalı siyasətçinin geyindiyi ziyfət paltarı qalmaqala səbəb olub. ANS PRESS-in məlumatına görə, yerli sçkilərdə mühafizəkarlar partiyasının üzvü seçilən 20 yaşlı Nikita Klaestrup həm də "ən seksual siyasətçi" adı ilə tanınır.

Əyləncə gecəsi onun üzvü olduğu partiyanın 110 illiyi ilə bağlı keçirilib. 20 yaşlı politoloq gecəyə ətəyi uzun lakin sinə dekoltesi həddindən artıq dərin olan geyimlə qatılıb.

O, həddindən artıq seksual geyiminə görə tənqid atəşinə tutulub. Mühafizəkarlar partiyasının gənclik təşkilatının üzvü olan Nikita isə bundan sonrada istədiyi kimi geyinəcəyini deyərək tənqidçiləri susdurub.

Gənc qızın mətbuata qapalı olan gecədən çəkilən fotosunu isə onun sevgilisi sosial şəbəkələrdə paylaşıb.

"Mənə yaraşdığına inandığım şeyləri geyinməyə davam edəcəyəm. Mən o geyimi qapalı bir gecədə geyinmişəm və bütün diqqətləri üzərimə toplamaq kimi niyyətim olmayıb. Siyasətçi olmağım rahat geyinməyimə maneə deyil".

Qeyd edək ki, Nikita namizədliyi irəli sürmədən öncə də açıq-saçıq fotolar çəkdirmiş və uzun müddət ölkənin gündəmində olmuşdu.







Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=320889

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR