Bakıda zəncirvari qəza: yaralı var - FOTO

Bakıda zəncirvari qəza: yaralı var - FOTO
10:12 21 Yanvar 2015
118 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonunda zəncirvari yol qəzası baş verib
APA-nın məlumatına görə, hadisə Şərifzadə və Məhəmməd Xiyabanı küçələrinin kəsişməsində qeydə alınıb.

Sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobil işıqforun qırmızı işığında hərəkətini davam etdirib.

Qaydanı pozan avtomobil Məhəmməd Xiyabanı küçəsindən Şərifzadə küçəsinə doğru hərəkətə başlayan başqa bir "Mercedes"ə və sürücüsü qadın olan "Porsche" markalı avtomobillərə çırpılıb. Zərbənin təsirindən "Mercedes"lər yararsız hala düşüb.

Onlardan birinin Nicat adlı sürücüsü xəsarət alıb. O, təcili tibbi yardım avtomobili ilə ağır vəzyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, soyadını dəqiqləşdirmək mümkün olmayan sürücü əməliyyat olunub.

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları gəliblər, araşdırmalara başlanılıb. Qəza ilə əlaqədar avtotexniki ekspertiza təyin edilib.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/320105.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR