Rejissor Hafiz Fətullayev dünyasını dəyişib

Rejissor Hafiz Fətullayev dünyasını dəyişib
10:32 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 10:27 ]

Bakı. Cavid Zeynallı - APA. Rejissor və ssenarist Hafiz Fətullayev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə APA-ya Azərbaycan Dövlət Film Fondundan bildirilib.

 

H. Fətullayev yanvarın 20-də Maştağa qəbiristanlığında dəfn olunub.

 

Qeyd edək ki, H. Fətullayev 1944-cü ildə Bakıda anadan olub. O, M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. "Qırmızı qatar", "Müqəddəs oda yanaram" filmlərinin quruluşçu rejissoru olub. "Mücrü" filmində və "Fatehlərin divanı" televiziya tamaşasında aktyor kimi çıxış edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369757

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR