Davudoğlu Ankara-Yerevan münasibətlərinin normallaşmasında maneəni açıqladı

Davudoğlu Ankara-Yerevan münasibətlərinin normallaşmasında maneəni açıqladı
10:33 21 Yanvar 2015
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu//

1915-ci il hadisələrinin vurğulanması Ankara ilə Yerevan arasında münasibətlərin normallaşmasına mane olur. Trend-in çərşənbə günü Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Baş naziri Əhməd Davudoğlu bəyan edib.

Baş nazirin sözlərinə görə, Ankara Yerevanla münasibətlərin normallaşacağına ümid edir, lakin Ermənistan həmin hadisələrlə bağlı öz stereotiplərini dağıtmalıdır.

Davudoğlu qeyd edib ki, türklər və ermənilər ümumi problemləri yalnız birgə həll edə bilərlər.

Bundan əvvəl Türkiyə hakimiyyəti dəfələrlə münasibətlərin yoluna qoyulması istiqamətində Ermənistana jestlər edib. Ötən il aprelin 24-də Rəcəb Tayyib Ərdoğanın erməni xalqına müraciətini bunlardan biri hesab etmək olar. Həmin müraciətdə bildirilib ki, 1915-ci il hadisələri yalnız ermənilər üçün deyil, həm də ərəblər, kürdlər və ölkədə yaşamış başqa millətlərin nümayəndələri üçün ağır dövr idi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2355348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR