Azərbaycanın İKT sektorunda ötən il ərzində 1,6 milyard manatlıq xidmət göstərilib

Azərbaycanın İKT sektorunda ötən il ərzində 1,6 milyard manatlıq xidmət göstərilib
10:36 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanın informasiya və rabitə sektorunda bu ilin yanvar-dekabr aylarında təsərrüfat subyektlərinə və əhaliyə 1,6 milyard manatlıq xidmət göstərilib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə göstərilən xidmətlərin  müqayisəli qiymətlərlə həcmi 15,1 faiz artıb.
 
Ölkədə əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,5 faiz təşkil edib.
 
Hesabat dövründə mobil rabitə xidmətlərindən  əldə olunmuş gəlirlərin ümumi həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz artaraq 914,6 milyon manat təşkil edib.
 
Qeyd edək ki, mobil rabitə xidmətlərinin payına ölkənin informasiya və rabitə sektorunda əldə edilmiş gəlirlərin 56,5 faizi düşüb.
 
Aynur Vəliyeva 
 
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34859-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR