FIFA Braziliya futbolunun inkişafına 100 milyon dollar ayıracaq

FIFA Braziliya futbolunun inkişafına 100 milyon dollar ayıracaq
10:47 21 Yanvar 2015
69 İdman
Ölkə mətbuatı
A- A+

FIFА Braziliya futbolunun inkişafına 100 milyon dollar ayıracaq. Fanat.az xəbər verir ki, bu barədə FIFA-nın baş katibi Jerom Valke San-Pauluda keçirilən mətbuat konfransında deyib.


O qeyd edib ki, söhbət FIFA-nın Braziliyada dünya çempionatının keçirilməsindən əldə etdiyi vəsaitdən gedir: "Biz daim təkrar edirik ki, dünya çempionatı 30 turnir günü ilə məhdudlaşmır. KİV-də belə iddialar ortaya çıxıb ki, FIFA gəlir, pul əldə edir və finaldan sonra az qala qaçaraq yoxa çıxır. Bu, doğru deyil. FIFA turnirlərin təşkil olunduğu bütün ölkələrdə futbolun inkişafı ilə bağlı öz üzərinə öhdəliklər götürür".


O vurğulayıb ki, keçən il dünya çmpionatının oyunlarının keçirildiyi 12 stadion öz fəaliyyətini dayandırmır. Lakin, funksioner etiraf edib ki, bəzi idman arenalarından istənilən kimi fəal istifadə olunmur. 


FIFA və Braziliya Futbol Konfederasiyasının nümayəndələrinin bildirdiyi kimi, 100 milyon dollarlıq vəsaitə xüsusi "DÇ İrsi Fondu" təşkil ediləcək. Onun prioritet vəzifəsi birinci və ikinci liqa komandalarına yardım, ölkədə qadın futbolunun inkişafı, həmçinin dünya birinciliyi matçlarının keçirildiyi Braziliya ştatlarında meydançaların abadlaşdırılması və yenidən qurulması olacaq.//"Trend"


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-fifa-braziliya-futbolunun-inkiafna-100-milyon-dollar-ayracaq-t17654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR