Bakı - APA. Rusiya Federasiyasının valyuta ehtiyatlarının həcmi son 5 ildə ilk dəfə olaraq 400 milyard dolların altına düşüb.
APA-nın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, dekabrın 13-dən 19-na qədər – bir həftə ərzində valyuta ehtiyatları 398,9 milyard dollara enib. Dekabrın 12-dən bəri ehtiyatlar 15,7 milyard dollar azalıb.
Ehtiyatlarda azalma ilə paralel olaraq rublun kursunda stabilləşmə müşahidə olunur. Bu gün dolların kursu 52,6 rubl, avronu kursu isə 64,67 rubl təşkil edib.