Azərbaycanda intihara cəhd edən kişi 500 dollar istədi - VİDEO

Azərbaycanda intihara cəhd edən kişi 500 dollar istədi - VİDEO
10:52 21 Yanvar 2015
92 Digər
Ölkə mətbuatı
A- A+

Xaçmazda qəribə olay: intihara cəhd edən şəxs 500 dollar istədi

Xaçmaz rayonunda intihara cəhd edən şəxs xilas edilib. APA TV-nin məlumatına görə, Xaçmaz rayon sakini Ələkbərov Əbülfət Nöhbala oğlu intihar etmək məqsədilə Xaçmaz dəmiryolu vağzalının işıqlandırma dirəyinə çıxıb. Hadisə yerinə FHN-in xilasediciləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. İntihar etmək istəyən şəxs hədələyib ki, kimsə dirəyə çıxmaq istəsə, özünü yandıracaq. O, hadisə yerinə gələn ailə üzvlərinin də yalvarışlarına məhəl qoymayıb.

Əbülfət Ələkbərov intihardan vaz keçmək üçün 500 dollar pul istəyib. İstədiyi pul verilib. Amma o, pulu yenidən yerə atıb. Fürsətdən istifadə edərək onun ayağından tutan xilasedicilər Əbülfət Ələkbərovu xilas ediblər.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yerə endirilən şəxs hüquq-mühafizə orqanlarına təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/320117.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR