“O bir qəhrəman” kitabının təqdimatı olub

10:58 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, Z.Mansurova, AzərTAc
“aybKitab” layihəsi çərçivəsində nəşr edilmiş yazıçı, jurnalist Gülşən Behbudun “O bir qəhrəman” kitabının “imza günü” keçirilib.
AzərTAc xəbər verir ki, kitabda Azərbaycanın igid oğlu İbad Hüseynovun həyatından bəhs edilir. Nəşrdə müxtəlif tanınmış insanların İ.Hüseynov haqqında məqalələrinə də yer verilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin və “aybKitab” layihəsinin rəhbəri Xəyal Rza “O bir qəhrəman” kitabı haqqında fikirlərini bölüşüb.
Yazıçılar, şairlər və digər çıxış edənlər nəşrin təqdimatının vacibliyini bildiriblər və bu gün qəhrəmanlarımızın igidliklərinin xalqa çatdırılmasının vacib olduğunu söyləyiblər.
Sonda kitabın müəllifi Gülşən Behbud tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib və öz imzası ilə kitablarını oxuculara təqdim edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/O_bir_qehreman_kitabinin_teqdimati_olub-826271

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR