Moldova ombudsmanı Azərbaycan prezidentini təbrik edib

18:22 25 Dekabr 2014
55 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 18:18 ]

Bakı – APA. Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriu Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, A. Qriqoriunun məktubunda deyilir:

 

“Zati-aliləri, hörmətli cənab Prezident, icazə verin, Azərbaycan üçün bayram ovqatlı bu əlamətdar gündə Sizi, ilk növbədə, dövlətinizin dünya səviyyəsində qazandığı nailiyyətlər və ölkənizdə baş verən müsbət dəyişikliklər münasibətilə təbrik edim. Sizin ad gününüz təkcə ailəniz üçün deyil, hər bir vətənpərvər azərbaycanlı, hər bir həqiqi dostunuz üçün əlamətdardır. Çünki bu gün biz xəyalən Sizinləyik. Sizə və ailənizə xeyir-bərəkət, möhkəm cansağlığı və rifah, ölkənizə sülh, işğal altındakı ərazilərlə bağlı ədalətin ən qısa müddətdə zəfər çalmasını arzu edirəm. Biz Sizin və Azərbaycanın dostlarıyıq. Biz bu dostluqla fəxr edirik”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367272

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR