Gəncədə kürəkən qayınatasını və qaynını bıçaqlayıb

11:17 21 Yanvar 2015
92 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 11:15 ]


Gəncə. Azər Məmmədov - APA. Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin DOS 102 adlanan ərazisində qeydə alınıb.

 

Gəncə şəhər sakini, İnqilab Rəhimov ailə münaqişəsi zəminində qayınatası, 1963-cü il təvəllüdlü Fərail Abbasovu və qaynı, 1993-cü il təvəllüdlü Təbriz Abbasovu bıçaqlayıb. Hər iki şəxs müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər 22 yaşlı T. Abbasovun vəziyyətinin ağır olduğunu bildirirlər.

 

Zərərçəkənlərin yaxınlarının sözlərinə görə, Abbasovlar ailəsi İnqilab Rəhimovla qızları arasında narazılıq olduğuna görə övladlarını öz evlərinə gətiriblər. Barışmaq üçün qayınatasıgilə gedən İ. Rəhimov münaqişə zəminində qayınatası və qaynını bıçaqlayıb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369765

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR