Son günlər adı "Antalyaspor" klubu ilə hallanan Ronaldinyo vətənində "Pele muzeyi"ndə təşkil olunan tədbirdə iştirak edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı ulduz bir müddət öncə formasını geydiyi "Atletico Mineiro" azarkeşlərinə təşəkkürünü bildirib.
"Atletico" ilə məni çox şey bağlayır. Özümü "Cruzeiro" forması ilə təsəvvür edə bilmirəm. Mənə qarşı maraqlarına görə onlara minnətdaram. Açığı, futbol izləməyi sevmirəm. Daha çox futbol oynamaq xoşuma gəlir. 90 dəqiqə bir matçı izləməyə elə də həvəsim yoxdur. Sadəcə oyunun icmalına baxmaq istəyirəm. Amerika Kubokunda Braziliya millisinə uğurlar arzu edirəm. Ümid edirəm ki, şans bizim üzümüzə gülər".
Qeyd edək ki, Ronaldinyonun agenti həftə sonu danışıqlar aparmaq üçün Antalyaya gedəcək.
Milli.Az