Avropa İttifaqı ABŞ internet şirkətinə vergi tətbiq edə bilər

Avropa İttifaqı ABŞ internet şirkətinə vergi tətbiq edə bilər
11:21 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı (Aİ) “Google” və ABŞ-ın digər şirkətlərinin fəaliyyətinə vergi tətbiq edilə biləcəyini istisna etmir. Bu barədə Aİ-nin rəqəmli iqtisadiyyat üzrə komissarı Günter Ettinger deyib.
 
Komissarın fikrincə, bu tədbir Avropada vahid rəqəmli bazarın yaradılması üzrə planın tərkib hissəsi ola bilər. Bununla yanaşı, o qeyd edib ki, məsələ ilə bağlı son qərar hələ ki qəbul olunmayıb. Aİ nümayəndəsi onu da vurğulayıb ki, hazırda Aİ informasiya texnologiyaları seqmentində geri qalır, lakin vəziyyəti investisiya qoyuluşu və rəqəmli bazarın bütün iştirakçıları üçün vahid qaydalar yaratmaqla dəyişmək olar.
 
“Verginin tətbiqi variantlardan biridir və son qərar hələ ki qəbul edilməyib”, - o bildirib. Aİ təmsilçisi həmçinin əlavə edib ki, Avropa Komissiyasının Aİ-nin rəqəmli bazarında islahatların aparılması ilə bağlı planı mayda açıqlanacaq.
 
G.Ettinger bəyan edib ki, bu məsələdə Brüsselin məqsədi Aİ ərazisində vahid rəqəmli bazarın yaradılmasından ibarətdir. Onun qənaətinə görə, hazırda ayrı-ayrılıqda fəaliyyət göstərən 28 bazar investorlar üçün cəlbedici deyil. Bundan başqa, indiki vəziyyət “start up”ların inkişafına mane olur, yeni iş yerləri açmağa imkan vermir və sadə istifadəçilərə mənfi təsir göstərir.
 
Bundan əlavə, Avropa Komissiyasının nümayəndəsi Aİ ərazisində fəaliyyət göstərən ABŞ şirkətlərini tənqid edib. Onun sözlərinə görə, şirkətlər istifadəçi məlumatlarının mühafizəsinə yetirincə diqqət yetirməyərək daha çox belə məlumat əldə etməyə çalışırlar. Problemi Avropa üçün fərdi məlumatların mühafizəsini lazımi səviyyədə təmin edəcək vahid qaydaların işlənməsi həll edə bilər, - "NEWSru” yazır.


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34861-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR