Azərbaycanda yeni telekanal yaradılır

Azərbaycanda yeni telekanal yaradılır
11:29 21 Yanvar 2015
186 Sosial
Ölkə mətbuatı
A- A+

Bu kanal uşaq və gənclərin intelektual fəaliyyətlərinin dəstəklənməsi və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması məqsədi ilə təşkil olunacaq

Azərbaycanda yeni televiziya yaradılacaq. Lent.az-ın məlumatına görə, bununla bağlı müddəa prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”ında öz əksini tapıb.

Belə ki, uşaq və gənclərin intelektual fəaliyyətlərinin dəstəklənməsi və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması məqsədi ilə onlayn “Təhsil” televiziyasının yaradılacaq.  Televiziyanın 2015-2016 illər ərzində yaradılması nəzərdə tutulub və bu işləri Təhsil Nazirliyi həyata keçiriləcək.

Təhsilverənlər, təhsilalanlar və valideynlər üçün marifləndirmə xarakterli portalların yaradılması, onlayn təlimlər, elektron dərsliklər, video resurslar, internet əsaslı intellektual oyunlarının hazırlanması da nəzərdə tutulub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190950

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR